6 C
Baku
Sunday, December 15, 2024

Çin birjaları hakimiyyətin iqtisadi siyasətinə inamsızlıq fonunda çöküb

Çinin əsas fond indeksləri ölkə hakimiyyətinin yaxınlarda elan etdiyi iqtisadi stimullaşdırma tədbirləri ilə bağlı investorların narahatlıqları səbəbindən kəskin eniş yaşayıb. Belə ki, “Shanghai Composite” – 6.6%, “Shenzhen Composite” – 8.1%, “CSI 300” – 7%, “Hang Seng” isə 1.3% ucuzlaşıb. Eyni zamanda, Asiya indekslərinin qalan hissəsi bu gün orta dərəcədə müsbət dinamika nümayiş etdirib: Yaponiyanın “Nikkei 225” indeksi 0.9% qazanıb, Hindistanın “Bombay Sensex” indeksi 0.4%, “Taiwan SE” isə 0.2% artıb.

Analitiklər Çin indekslərinin aşağı düşməsini Çin Mərkəzi Bankının sentyabrın sonunda təqdim etdiyi iqtisadi stimullaşdırma planı ilə bağlı investorların qeyri-müəyyənliyi ilə əlaqələndirirlər. Nəşrdən sonrakı ilk günlərdə investorlar plana nikbin baxısalar da, indi onun həyata keçirilməsinin ilk təfərrüatları ortaya çıxmağa başladığı üçün nikbinlik öz yerini qeyri-müəyyənliyə verib.

Keçən həftə “Nikkei” tərəfindən sorğu edilən Çin iqtisadçıları artıq 2024-cü ilin sonunda Çinin ÜDM-i ilə bağlı proqnozlarını aşağı salıblar. Əgər iyulda onların ÜDM-in artımı ilə bağlı konsensus proqnozu 4.9% idisə, indi bu, 4.8% təşkil edir. “IG” broker firmasının analitiki Yep Chun Ron bildirir ki, stimal tədbirlərinin qeyri-adekvatlığı narahatlığa səbəb olub və bir çox bazar iştirakçıları Mərkəzi Bankın fiskal tədbirlərinin ardınca hökumətin fiskal yumşaldıcı tədbirlər görəcəyinə ümid edirlər.

Son xəbərlər
Digər xəbərlər