19.5 C
Baku
Tuesday, May 13, 2025

Çin “Boeing” tədarükünə dair qadağanı ləğv edib

Çin səlahiyyətliləri yerli hava daşıyıcılarına “Boeing” təyyarələrinin idxalına qoyulmuş bir aylıq qadağanı ləğv etdikləri barədə məlumat veriblər. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

Aprel ayında Çin Amerika tariflərinin tətbiqinə cavab olaraq ABŞ-dən aviasiya avadanlığı və təyyarə hissələri sifariş etməyi qadağan edib. Eyni zamanda, Çin Amerikadan artıq sifariş etdiyi bir neçə təyyarəni ABŞ-yə geri qaytarıb.

Danışıqlardan sonra ABŞ Çin mallarına rüsumları 145%-dən 30%-ə, Çin isə Amerika mallarına rüsumları 125%-dən 10%-ə endirmək qərarına gəlib. Eyni zamanda, idxal olunan mallar üçün baza rüsumu 10% səviyyəsində qalıb. Rejim mayın 14-dən qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər