11 C
Baku
Tuesday, November 5, 2024

Çin bütün dünyanı əldə edir

Çin şirkətləri bütün dünya üzrə kənd təsərrüfatı məhsulları istehsal edən istehsalçı şirkətləri almağa başlayıblar. Artıq bu məqsədlər üçün 12,3 milyard dollar xərclənib və Çin Xalq Respublikası öz ərzaq təhlükəsizliyini təmin etmək niyyətindədir. Ölkənin daxili resursları bir o qədər də zəngin olmadığından, Çin şirkətlərinin beynəlxalq genişləndirilməsi başlanmışdır.

Çin son 10 il ərzində Avstraliyadan Argentinaya qədər mədən və neft yataqlarının əldə edilməsinə 200 milyard dollardan çox vəsait xərcləyib. Lakin hazırda ölkə diqqətini ərzaq resurlarına ayırıb. Belə ki, əhalinin sayı çox olduğundan ölkə daxili resursları ilə bu tələbatı ödəyə bilmir. Hələ ki, ÇXR əcnəbi şirkətlərin əldə edilməsi ilə bu tələbatı ödəmək niyyətindədir.

Buna nümunə olaraq, 2013-cü ilin sentyabrında elan edilən məlumata görə Çin Ukrayna ərazisində 50 illik müddətə 3 milyon hektar ərazini icarəyə götürmək istəyir. Çin üçün daha çox xərclərlə başa gəlmiş digər bir müqavilə isə Çinin Shuanghui International Holdings şirkətinin Amerikanın ət istehsalçısı Smithfield Foods şirkətini borcları da daxil olmaqla 7 milyard dollara alması oldu.

Çinin ərzaq təhlükəsizliyi sahəsində əsas lokomotivi Cofco şirkətidir və bu şirkət Çinə idxal edilən taxılın 90%-nə nəzarət edir. Şirkət bu ildə artıq iki vacib müqavilə imzalayıb. Bunlar Nidera Holdings və Noble Group aqrobiznes şirkətlərinin nəzarət səhmlərini 2,8 milyard dollara alması idi.  Cofco şirkəti Noble Group-u əldə etməklə Braziliya, Argentina və Mərkəzi Avropada taxıl istehsalının bünövrəsini qoymuş oldu. Şirkət bununla yanaşı, Argentinada elevatorlar, Braziliyada şəkər zavodları, həmçinin Çində, Ukraynada və Cənubi Afrikada neft hasilatı zavodlarını almış oldu. Çinin bu “alış-verişinin” son olmadığı güman edilir və Çinin  yavaş-yavaş dünyanı aldığını desək yanılmarıq.

Son xəbərlər
Digər xəbərlər