16 C
Baku
Sunday, November 16, 2025

Çin bütün təkərlərinə mühərrik qoşulan avtomobil istehsal edəcək

“Dongfeng” şirkəti artıq satışda olan “Dongfeng 007” liftbek modelinin yeni versiyasını sertifikatlaşdırıb.

Bu barədə “Car News China” məlumat yayıb.

Məlumata görə, elektrik və hibrid avtomobilin hər bir təkərinə ayrıca mühərrik qoşulub. Bu versiya bazara çıxdığı təqdirdə, “Dongfeng 007” təkcə Çində deyil, həm də dünyada bu tip güc aqreqatına malik olan ilk kütləvi istehsal olunan elektrik avtomobili olacaq.

Hər təkər SAIC tərəfindən hazırlanmış elektrik mühərriki ilə təchiz olunub və hər biri 100 kVt və ya 136 at qüvvəsi istehsal edir. Beləliklə, avtomobilin ümumi gücü 544 at qüvvəsinə çatacaq.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər