Çin Cənubi Koreya vətəndaşlarına viza məhdudiyyəti tətbiq edir.
Bu barədə Çinin Seuldakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Cənubi Koreyadan ölkəyə turist və ya iş məqsədi ilə gəlmək istəyən səyahətçilərə viza məhdudiyyəti tətbiq olunur. Bunun Cənubi Koreyanın çinli səyahətçilərdən COVID-19-la bağlı test tələb etmə qərarına cavab olduğu güman edilir.
Çinin Seuldakı səfirliyindən qısa mesaj şəklində gələn xəbərə görə, viza məhdudiyyəti Cənubi Koreya “ayrı-seçkilik xarakteri daşıyan tədbirləri”ni qaldırana qədər tətbiq olunacaq.
Yaponiyanın “Kyodo News” agentliyi qadağanın yapon səyahətçilərinə də təsir edəcəyini bildirib. Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi bu məlumatdan xəbərdar olduqlarını və Pekinin nəzərdən keçirəcəyi mümkün tədbirlərlə bağlı Çin rəsmiləri ilə qeyri-rəsmi müzakirələr apardıqlarını bildirib.