6 C
Baku
Sunday, December 15, 2024

Çin Cənubi Koreya vətəndaşlarına viza verilməsini bərpa edir

Çin fevralın 18-dən Cənubi Koreya vətəndaşlarına qısamüddətli vizaların verilməsini prosesini bərpa edəcək.

Bu barədə çərşənbə günü Çinin Cənubi Koreyadakı səfirliyindən bildirilib.

Məlumata görə, söhbət turist, işgüzar və tranzit vizalarından, həmçinin şəxsi məqsədlə səfər etmək üçün ölkəyə giriş edənlərdən gedir.

Keçən həftə Koreya Respublikası hökuməti Çində epidemik vəziyyətin yaxşılaşması fonunda bu ölkədən gələnlərə qısamüddətli vizaların verilməsini bərpa etmək qərarına gəlib.

Yanvar ayında Seulun Çindən gələn sərnişinlərə qarşı anti-COVID tədbirlərinə cavab olaraq Çin Koreya Respublikası vətəndaşlarına qısamüddətli vizaların verilməsini dayandırmışdı.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər