Çin hakimiyyəti CAR-dan gətirilən mallara tətbiq olunan rüsumların ləğvi üzərində çalışır, bunu Çinin Dövlət Şurasının sədri Li Tsian Cənubi Afrika Respublikasının vitse-prezidenti Pol Maşatile ilə görüş zamanı bildirib.
“Sinxua” agentliyinin məlumatına görə, Pekin iqtisadi tərəfdaşlıq sazişi və gömrük rüsumlarının yaxın vaxtlarda sıfırlanması vasitəsilə Cənubi Afrikanın şirkətlərinə öz mallarını Çin bazarına çıxarmaqda kömək etməyə hazırdır. Li Tsian həmçinin bildirib ki, Çin alternativ enerji, avtomobil sənayesi, səhiyyə və rəqəmsal infrastruktur sahələrinə maraq göstərərək CAR iqtisadiyyatını investisiyalarla dəstəkləyəcək.
Öz növbəsində Pol Maşatile 22–23 noyabr tarixlərində Yohannesburqda keçirilən G20 sammitinin təşkilinə verdiyi böyük dəstəyə görə Çin rəhbərliyinə təşəkkürünü ifadə edib.
Xatırladaq ki, ÇXR Sədri Si Cinpin 31 oktyabr tarixində Cənubi Koreyanın Kyonsu şəhərində keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) liderlərinin görüşündə Pekinin diplomatik əlaqələri olan bütün Afrika ölkələrindən gətirilən mallara tətbiq olunan rüsumları sıfırlamağa hazır olduğunu bəyan edib.






