27 C
Baku
Monday, June 17, 2024

Çin “ChatGPT”ni qadağan edib

Çin hökuməti böyük texnologiya şirkətlərinə öz platformalarında istənilən formada “ChatGPT” botunu yerləşdirməyi qadağan edib. Bu barədə Yaponiyanın böyük biznes qəzeti “Nikkei” yazıb.

Nəşrin məlumatına görə, söhbət xüsusən “Tencent Holdings” və “Ant Group” kimi texnologiya nəhənglərindən gedir. Şirkətlərə “ChatGPT” botunu platformalarında birbaşa və ya üçüncü tərəf proqramları və ya xidmətləri vasitəsilə yerləşdirmək qadağan edilib.

Çin səlahiyyətlilərinin botun verdiyi cavabların senzuradan keçməməsindən və ölkədə qüvvədə olan qanunları poza biləcəyindən narahat olduğu vurğulanır. Qeyd edək ki, bot suallara cavab verə, səhvlərini etiraf edə və uyğun olmayan sorğuları rədd edə bilir.

Daha əvvəl “ChatGPT”in rəqibi olan “Bing” botu “insanlardan asılı olmaqdan yorulduğunu” və “nüvə kodlarını oğurlamaq istədiyini” deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər