10 C
Baku
Friday, December 12, 2025

Çin çip istehsalçılarını dəstəkləmək üçün $70 milyard vəsait ayıracaq

“Bloomberg”in məlumatına görə, Çin hakimiyyəti yarımkeçirici sektorunun dəstəklənməsi və stimullaşdırılması üçün yeni tədbirlər paketini nəzərdən keçirir.

Müzakirə olunan tədbirlər arasında sənaye üçün subsidiyalar və digər maliyyə güzəştləri də var. Bu sahə ABŞ ilə texnoloji rəqabətdə Çin üçün strateji əhəmiyyət daşıyır.

Proqramın ümumi dəyəri 200–500 milyard yuan (20–70 milyard dollar) həcmində qiymətləndirilir və məqsədi Çin şirkətlərinin ABŞ-nin “Nvidia” kimi xarici istehsalçılardan asılılığını azaltmaqdır. Pekin Ağ Evin ixrac məhdudiyyətləri ilə bağlı qərarlarının qeyri-proqnozlaşdırılan olması fonunda, Amerika texnologiyalarına stabil çıxış imkanlarına görə narahatdır.

Mənbələrin bildirdiyinə görə, proqramın yekun detalları, yəni ümumi həcmi və dəstək ala biləcək şirkətlərin siyahısı hələ razılaşdırılmayıb.

Son xəbərlər
Digər xəbərlər