“Çinlə siyasi əlaqələrimizi çox yükəsk qiymətləndiririk. Hər bir sahədə əlaqələrimiz inkişaf edir”.
Bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, Çin məsuliyyətli tərəfdaş olaraq Azərbaycanla münasibətlərdə, o cümlədən COVID-19-la bağlı öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir: “Ümidvarıq ki, bundan sonra da əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edəcək”.