27 C
Baku
Saturday, July 27, 2024

Çin COVID-19 pandemiyasının tam öhdəsindən gəldiyini elan edib

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van Yi bildirib ki, Çin hakimiyyəti ölkədə COVID-19 pandemiyasının tam aradan qaldırılması fonunda Avropa və dünya ilə əlaqələri bərpa etməyə hazırdır. O bildirib ki, Avropa və Çin siyasətçiləri indi əməkdaşlığı pandemiyadan əvvəlki səviyyəyə qaytara bilərlər.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Ukraynadakı vəziyyəti şərh edən çinli diplomat vurğulayıb ki, Çin hakimiyyəti münaqişə tərəflərinin sülh danışıqlarına keçməsində israrlıdır. “Çin və Aİ dünyaya daha çox sabitlik gətirmək üçün əməkdaşlığı gücləndirməlidir”, – deyə Van Yi yekunlaşdırıb.

Üç illik sərt anti-COVID tədbirlərindən sonra Çin 2023-cü ilin əvvəlində COVID-19-a sıfır dözümlülük siyasətindən imtina edərək məhdudiyyətləri tədricən yüngülləşdirməyə başlayıb.  Fevralın 17-dən məhdudiyyətlər götürüldükdən sonra Şanxaya uçuşlar bərpa olunub.

Son xəbərlər
Digər xəbərlər