10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Çin COVID-19-un necə yarandığını araşdırmağa razılıq verməyib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çindəki nümayəndəsi, ÜST-nin yeni növ koronavirusun necə yarandığının araşdırılmasına qoşulmaq təklifinə razılıq verməyib.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

ÜST-nin nümayəndəsi virusun təkrar yayılmasının qarşısını almaq üçün onun mənşəyini müəyyənləşdirməyin çox vacib olduğunu vurğulayır. Nümayəndənin sözlərinə görə, beynəlxalq təşkilat Uxan şəhərinin iki virusoloji laboratoriyasının məlumatlarına giriş əldə edə bilmir və Covid-19-un süni deyil, təbii virus olduğu güman edilir.

Daha əvvəl qeyd edildiyi kimi, Çin koronavirusun mənşəyinin öyrənilməsi sahəsində beynəlxalq əməkdaşlığı dəstəklədiyini, lakin “heç bir dəlil olmadan mühakimə olunmağa qarşı çıxdığını” bildirmişdir.

Son xəbərlər
Oxşar xəbərlər