11 C
Baku
Monday, November 25, 2024

Çin, Danimarka və Polşadan Azərbaycana quş ətinin gətirilməsinə məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar regionunda dabaq, Uelsin Pouis inzibati ərazi vahidində, Danimarka Krallığının Cənubi Danimarka regionunda və Polşa Respublikasının Velikopolsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə Çin Xalq Respublikasının Sincan-Uyğur muxtar regionundan diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Uelsin Pouis inzibati ərazi vahidindən, Danimarka Krallığının Cənubi Danimarka regionundan və Polşa Respublikasının Velikopolsk inzibati ərazisindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə bu inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər