9 C
Baku
Thursday, December 12, 2024

Çin digər ölkələrə mayeləşdirilmiş qaz ixracını dayandırır

Çin hakimiyyəti yerli dövlət korporasiyaları olan “PetroChina Co”, “Sinopec” və “Cnooc Ltd”nin fəaliyyətinə qadağa qoyub. “Bloomberg” mənbələrə istinadən bildirir ki, artıq bu şirkətlər Asiya və Avropa ölkələrinə mayeləşdirilmiş qaz ixrac etməyəcəklər.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Agentlik bildirir ki, Çinin ABŞ kimi ixracatçılardan mayeləşdirilmiş qazın ixracına dair böyük müqavilələri var və bu il yerli treyderlər yüksək tələbat səbəbindən enerji təchizatının bir hissəsini Avropaya yönləndirə biliblər.

Eyni zamanda, Aİ-nin yeraltı qaz anbarlarının sürətlə dolması və yüksək nəqliyyat xərcləri Avropanın Asiyadan yanacağa tədarükü tələbini azalda bilər.

Son xəbərlər
Digər xəbərlər