24 C
Baku
Thursday, September 29, 2022

Çin dolları satır, əvəzində isə qızıl alır

ABŞ ilə gedən ticarət müharibəsi şəraitində, ÇXR-in səlahiyyətliləri dollar asılılığından qurtulmağa çalışırlar. Ölkə yeddi aydır qızıl alır.

Banker.az xəbər verir ki, Çinin Xalq Bankı iyun ayında qızıl ehtiyatlarını 61,61 milyon unsiyadan 61,94 milyon unsiyaya qədər artırıb.

cedvelllÖtən ay artım 10,3 ton, son altı ayda isə təxminən 74 ton təşkil edib.

Ekspertlərin fikrincə, bu, ABŞ dollarına qarşı olan diversifikasiyadır.

Qızıl – müstəqilliyini qoruyub saxlayan aktivdir, hansıki hər zaman satıla və ya dəyişdirilə bilir.

“ABŞ və Çin arasındakı gərginliyi nəzərə alsaq, bütün bunlar o qədər də təəccüblü görünmür. Çin dolların payını azaltmağa çalışır”, – deyə “Oversea-Chinese Banking Corp” şirkətinin iqtisadçısı Xoui Li qeyd edir. Mütəxəssis əlavə olaraq bildirir ki, Çin yaxın aylarda qızıl ehtiyatlarını artırmağa davam edəcəkdir.

Qızıl ehtiyatlarının çox olması Çinin bir super güc kimi inkişaf etməsi üçün vacibdir.

Yeri gəlmişkən, keçən ay qızıl qiymətlərində kəskin artım sayəsində, Çinin qızıl ehtiyatlarının dəyəri son dörd ildə ən sürətli artım göstərib.

china goldAnalitiklərin proqnozlarına görə, bu il Çin 150 ton qızıl ala bilər.

 

Son xəbərlər
Oxşar xəbərlər