Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə məxsus 2 döyüş gəmisinin Tayvan boğazındakı beynəlxalq sulardan keçməsi Çini hiddətləndirib.
ABŞ-ın bu addımından sonra Çin Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Hərbi gəmilərin artıq gücləndirilmiş döyüş növbətçiliyinə başladığı vurğulanır.
ABŞ Hərbi Dəniz Qüvvələri esmineslərin Tayvan boğazından keçməsi ilə bağlı məlumatı təsdiqləyib.