Çin dünyanın ən böyük şist neft yatağını kəşf edib

Çinin neft nəhəngi sayılan CNPC şirkəti tərəfindən ölkə ərazisində dünyanın ən böyük şist neft yatağı kəşf olunub. Yataq Çinin Qansu vilayətində aşkar edilib.

RİA “Novosti”in verdiyi məlumata görə, “Ordos” yatağının ehtiyatlarının 1 mlrd. ton təşkil etdiyi bildirilir.

Çin işlənməsinə iki il əvvəl başlayan yeni bir yataq sayəsində neft idxalından asılılığın artımını dayandıra biləcək. Bu gün ölkənin neft istehlakının əksər hissəsi (70%) digər ölkələrin tədarükündən asılıdır.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.