13 C
Baku
Saturday, November 23, 2024

Çin dünyanın ən böyük iPhone istehsalçısına qarşı təhqiqata başlayıb

Çin “Apple”ın əsas tərəfdaşlarından biri və dünyanın ən böyük iPhone istehsalçısı olan Tayvanın “Foxconn” şirkəti ilə bağlı araşdırmaya başlayıb. Çinin dövlətə məxsus “Global Times” qəzeti xəbər verir ki, Çin vergi orqanları Quandun və Çzyansu əyalətlərində “Foxconn” obyektlərində yoxlama aparıblar.

“Foxconn”un mətbuat xidməti bildirib ki, şirkət səlahiyyətlilərlə əməkdaşlıq edəcək. “Qanunlara və qaydalara riayət etmək bütün dünyada qrupun əsas prinsipidir. Biz müvafiq orqanlarla fəal əməkdaşlıq edəcəyik”, – deyə “Financial Times” nəşri sitat gətirir.

“Bloomberg” yazır ki, “Foxconn” tərəfindən idarə olunan ən böyük iPhone fabriki Henan əyalətinin Cencou şəhərində yerləşir. Araşdırmanın səbəbləri və digər təfərrüatlar “Global Times” nəşrində və “Foxconn” bəyanatında açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl, avqust ayında “Foxconn”un qurucusu Terri Qou Tayvan prezidentliyinə namizədliyini açıqlamışdı. Seçicilərə göndərdiyi mesajda milyarder (“Forbes” onun xalis sərvətini 6.9 milyard dollar olaraq qiymətləndirir) “Tayvan boğazına 50 illik sülh” gətirməyi və hər iki tərəfdə “qarşılıqlı etimad üçün ən dərin təməl” qoymağı planlaşdırdığını söyləyib.

Pekindən biznesinə mümkün təzyiqlərdən danışan Qou, “Çinin təhdidlərinə boyun əyməyəcəyinə” söz verib, həmçinin ölkədə heç bir “şəxsi” aktivinin olmadığını və Çin rəsmilərindən təlimat almadığını bildirib.

Dörd il əvvəl Qou “Foxconn”a nəzarəti varisi Liu Yanveyə təhvil verib. Sentyabr ayında Tayvanın prezidentliyinə namizəd göstərildikdən sonra o, “Foxconn”un direktorlar şurasından da istefa verib. “FT” yazır ki, Qou cəmi 7% bəyənmə reytinqi ilə digər üç prezidentliyə namizəddən geri qalır. Tayvanda prezident seçkiləri 2024-cü ilin yanvarında keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər