2017-ci ildə Çin, logistik xərclərini 12,1 trilyon yuan (1,76 trilyon dollar) artıraraq dünyanın ən böyük logistika bazarına çevrilmişdir.
ÜDM və logistikaya tələbatın artması fonunda, 2018-ci ildə Çinin ümumi xərcləri 13 trilyon yuana (1,89 trilyon dollar) yaxın və ya artıq olacaq “, – China International Transportation and Logistics Expo-nun icraçı direktoru Ni Vey bildirib.
Logistikaya çəkilən 13 trilyon yuan məbləğində ümumi xərc, 13 trilyon yuanlıq bir logistika bazarını yaratdı”,- Ni qeyd edir.
Bütün istiqamətlər üzrə xərclərin getdikcə artdığı bir şəraitdə, logistika şirkətləri bazarda rəqabət ilə üzləşməyə başlayırlar. Belə bir halda, onlar qiymətləri aşağı salmaq imkanına malik deyillər.
Rəqabət şəraitində sağ qalmaq və inkişaf etmək üçün bu şirkətlər yeni texnologiya və avadanlıqları tətbiq etməli və yüksək texnoloji şirkətlərə çevrilməlidirlər.
Bununla yanaşı, noyabr ayında Çində istehsal sektorunda aktivliyin artması prosesi, yeni sifarişlərin sayının azalması ilə bağlı olaraq dayanıb.
İstehsal sektorunda rəsmi iş aktivliyinin indeksi isə (Purchasing Managers Index, PMI) oktyabr ayında 50,2 baldan 50 bala qədər azalıb.






