Reuters agentliyindən verilən məlumata görə, Çin Xalq Respublikası dünyanın ən nəhəng qızıl istehlakçısına çevrildi. Qeyd edək ki, bu haqda məlumat GFMS konsaltinq şirkətinin apardığı araşdırmaya istinadən verilmişdir.
Dünyanın qızıl bazarını öyrənən təşkilatın bildirdiyinə görə, Çin 1189,8 ton qızıl əldə edib. Bu 2012-ci ildəki göstəricilərdən 32% çoxdur və 2003-cü ildəki göstəricini 5 dəfə üstələyir. Ümumi əldə edilən qızılın 724 tonu zinət əşyalarının istehsalına yönəlmişdi.
GFMS şirkətinin qeyd etdiyinə əsasən, Şin zinət əşyaları istehsalında ilk dəfədir ki, Hindistanı geridə qoyur.
The Financial Times-ın isə yazdığına görə Çində zinət əşyaları investisiya məqsədlərində istifadə edilir. Bu məqsədlə tərkibi ən saf olan metal seçilir. Çin həmçinin sikkələrin zərb edilməsi üçün də qızıldan fəal olaraq istifadə edir. Lakin burada o yalnızca Türkiyədən geri qalır. GFMS konsaltinq şirkəti Çində qızıla olan tələbatın artmasını qiymətlərin enməsi ilə əlaqələndirib.
Çin Xalq Respublikası son illərdə aparıcı qızıl istehsalçısına çevrilib. Qiymətləndirmələrə görə respublika 2013-cü ildə 437,3 ton qiymətli metal istehsal edib.