32 C
Baku
Monday, July 22, 2024

Çin düşünür ki, Yaponiya Çini G7 sammitində “təhqir edib”

Çinin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiyanın Pekindəki səfirinə G7 sammitində ölkəsini təhqir etdiyinə görə etiraz edib.

Çin Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi saytında məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaponiya digər ölkələrlə birlikdə Xirosimada keçirilən G7 tədbirlərində, eləcə də G7-nin birgə bəyanatında Çinə böhtanlar yağdırıb. Çinin daxili işlərinə bu cür kobud müdaxilə ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirir. Bu baxımdan, Çin kəskin narazılığını və kəskin etirazını bildirir.

Həmçinin vurğulanır ki, Tayvan, Honq-Konq və Tibet Muxtar Bölgələri ilə bağlı məsələlər Çinin daxili işidir.

Son xəbərlər
Digər xəbərlər