12 C
Baku
Monday, November 25, 2024

Çin elektromobil istehsalçılarının səhmləri “qiymət müharibəsi” fonunda düşür

Bu gün, aprelin 22-də “Tesla” və “Li Auto”nun Çində qiymətləri aşağı endirmələrini açıqladıqdan sonra yerli elektrik avtomobil istehsalçılarının səhmləri nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Belə ki, hibrid avtomobillərin istehsalı üzrə ixtisaslaşmış Çinin “Li Auto” şirkəti sosial şəbəkələrdə L7, L8, L9 seriyaları və yeni Mega modeli də daxil olmaqla bütün avtomobillərin qiymətlərini endirdiyini elan edib. Bəzi hallarda qiymət azalması 30 min yuana (4.1 min dollar) çatır.

Bazar günü, aprelin 21-də “Tesla” Çin bazarında artan rəqabət səbəbindən elektrik avtomobilləri üçün növbəti qiymət endirimini elan etmək məcburiyyətində qalıb. İlon Maskın şirkəti Model 3, Y, S və X üçün 14 min yuan qiymət endirimi elan edib.

Aşağı qiymətlər aşağı əməliyyat marjası deməkdir. Bu səbəbdən “Li Auto” səhmləri bu gün təxminən 9% ucuzlaşıb. “Great Wall Motor” və “Leapmotor” səhmləri müvafiq olaraq 6.7% və 4.9% düşüb.

Son xəbərlər
Digər xəbərlər