23 C
Baku
Sunday, May 26, 2024

Çin elektron siqaretlərə yeni vergi tətbiq edir

Çin Maliyyə Nazirliyi noyabrın 1-dən elektron siqaretlərə yeni vergi tətbiq etməyə başlayacaq. Belə ki, bundan sonra ölkədə elektron siqaretlərin istehsalı və idxalından 36%, topdan satışından isə 11% vergi tutulacaq.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Çin hökuməti “China Tobacco”nun maraqlarını qorumaq üçün elektron siqaret istehsalçılarına müntəzəm olaraq məhdudiyyətlər qoyur. Tütün və elektron siqaret bazarlarında şirkətlərin fəaliyyətinin qaydalarını müəyyən edən rəhbərlikdir. Qeyd edək ki, oktyabrın 1-dən ölkədə istənilən aromatik elektron siqaretlər qadağan edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər