ÇXR-nın fond bazarları 8 iyulda da enməyə davam etmişlər. Ən məşhur CSI300 indeksi 6,8% enmişdir. Bundan əlavə, Reuters agentliyinin verdiyi məlumata görə, Shanghai Composite hərrac gedişində 8,2% enmişdir. Bununla da, 12 iyun tarixindən başlayaraq Çinin fond bazarı 3,5 trilyon yuan və yaxud 572,21 milyard dollar itirmişdir.
Bu enmə fonunda Çinin broker şirkətləri investorları sakitləşdirməyə çalışaraq, öz etibarlılıqlarını sübut etdirməyə çalışırlar. Demək olar ki, səhmlərlə ticarətin yarı faizi dayandırılmışdır. Çin rəhbərliyi də öz növbəsində investorların yaşadığı həyəcanı aradan qaldırmağa çalışır.