10 C
Baku
Thursday, November 14, 2024

Çin fond bazarının kapitallaşması 2021-ci ildəki zirvədən sonra $6.5 trln. azalıb

Çinin fond bazarının kapitallaşması 2021-ci ildə pik həddinə çatdıqdan sonra təxminən 6.5 trilyon dollar azalıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir. “Bloomberg” qeyd edir ki, Çin fond bazarının həcmi demək olar ki, Yaponya fond bazarının həcminə bərabərdir.

Çinin CSI 300 indeksi sentyabrın əvvəlindən təxminən 4%, ilin əvvəlindən isə demək olar ki, 7% azalıb. Sentyabrın 10-da keçirilən ticarətin yekunlarına görə, o, 3195.76 bənd (+0.09%) təşkil edib.

Agentlik bildirir ki, Çin indeksi 2019-cu ilin əvvəlindəki səviyyələrə yaxındır, ABŞ, Yaponiya və Hindistanda göstəricilər isə bu müddət ərzində təxminən iki dəfə artıb.

“Bloomberg” yazır ki, investorlar Çin səhmlərini almaqdan imtina edirlər, çünki ölkə hakimiyyəti biznes üzərində dövlət nəzarətini gücləndirir, bu isə ticarət mübahisələrini artırır.

İnvestorlar Çin hakimiyyətini fond bazarını dəstəkləmək üçün daha güclü iqtisadi stimul tətbiq etməyə çağırsalar da, Pekin indiyədək iqtisadiyyatın canlanmasına kömək edəcək genişmiqyaslı tədbirlər görmək niyyətində olmadığını nümayiş etdirir.

Son xəbərlər
Digər xəbərlər