13 C
Baku
Wednesday, April 23, 2025

Çin fondları ABŞ-yə birbaşa investisiyalardan imtina edir

Çin dövlət fondları ABŞ-nin özəl sektoruna birbaşa investisiyalardan imtina edir, bu barədə “Financial Times” yazır. Yanaşmadakı dəyişiklik ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilən idxal tarifləri fonunda baş verib. Xatırladaq ki, ABŞ Çinə münasibətdə 145% tariflər tətbiq edib.

Geri çəkilən fondlar arasında dünyanın ən böyüklərindən biri olan “China Investment Corporation” var. Bir neçə mənbə bildirir ki, bəzi Çin fondları, hətta bu sərmayələr digər ölkələrdəki satın alma qrupları tərəfindən həyata keçirilsə belə, ABŞ şirkətlərinə birbaşa sərmayə yatırmaqdan kənarda qalmağa çalışır.

Bundan əvvəl Çin ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) alışını tamamilə dayandırıb. Aprelin 15-nə olan məlumata görə, Çinin dəniz yolu ilə daşınma həcmi bir həftə ərzində 10% azalıb.

Son xəbərlər
Digər xəbərlər