23 C
Baku
Wednesday, October 5, 2022

Çin “Fortune Global 500” siyahısında şirkətlərin sayına görə ABŞ-ı keçdi

Çin ilk dəfə olaraq “Fortune Global 500” siyahısında olan şirkətlərin sayına görə ABŞ-ın üstələyib. Siyahıya 129 Çin şirkəti və 121 ABŞ şirkəti daxildir.

Banker.az xəbər verir ki, Çinin ən böyük neft-qaz şirkəti olan “Sinopec Group”, ötən il gəlirin kəskin artması sayəsində “Fortune Global 500” siyahısında bir pillə irəliləyərək ikinci sırada yer alıb.

“Sinopec Group” un gəliri ötən il 26,8% artaraq 414,65 milyard dollara çatmışdır. Qeyd edək ki, ABŞ-ın “Walmart” şirkətinin gəliri isə 2018-ci ildə 514,41 milyard dollar təşkil edib.

Çinin digər şirkətlərindən biri olan “China National Petrolium”, 2018-ci ildə 392,98 milyard dollar gəlirlə dördüncü sırada yer alıb.

Bunun artınca 387,06 milyard dollar gəlirlə “Chine State Grid Corporation” şirkəti gəlir.

69,85 milyard dollar gəlirlə “JD.Com” internet şirkəti reytinqdə 139-cu yer alıb.

“Alibaba Group Holding” in gəliri 56,15 milyard dollar təşkil edib.

“Gree Electric Appliances Inc” və “Xiaomi Corp” bu siyahıda yenidirlər.

Çinin üç şirkəti “Fortune Global 500” da top 10-luğa daxil ola bilmişdir.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər