11 C
Baku
Sunday, November 17, 2024

Çin “G7”nin bəyanatları ilə qəti şəkildə razılaşmır

“G7” dövlətləri sülh, sabitlik və firavanlığa doğru irəliləməkdən danışır, amma əslində bu, beynəlxalq sülhə mane olur, regional sabitliyə zərər verir və digər ölkələrin inkişafını boğur.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, “G7” dövlətlərinin bəyanatları heç bir beynəlxalq etimad doğurmur:

“Çinin ciddi narahatlığına məhəl qoymayan G7, Çinlə əlaqəli məsələləri manipulyasiya etməkdə, Pekini təhqir etməkdə və ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməkdə israr edir. Tayvan məsələsinin həlli Çin xalqının işidir və buna onlar qərar verməlidir.

“G7” Tayvan boğazı boyunca sülhün qorunmasını elan etməyə davam edir, lakin heç vaxt Tayvanın müstəqilliyinə qarşı olduqlarını xatırlatmır. Heç kim Çin xalqının güclü əzmini, iradəsini, milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini qiymətləndirməməlidir.

Honqkonq, Sincan və Tibetin işləri sırf Çinin daxili işləridir və Çin insan hüquqları adı altında kənar qüvvələrin istənilən müdaxiləsinə qəti şəkildə qarşı çıxır. “G7” Honqkonq, Sincan və Tibetlə bağlı məsələlərdə Çini ittiham etməyi dayandırmalı və öz tarixləri və insan haqları pozuntuları haqqında dərindən düşünməlidir”.

Son xəbərlər
Digər xəbərlər