Çin süni intellektin işini tənzimləmək üçün yeni qaydalar tərtib edib. Qeyd edək ki, Çin belə normalar yaradan ilk ölkə olub, Banker.az bu barədə İnc.ru-ya istinadən xəbər verir. Yeni qaydalar avqustun 15-də qüvvəyə minəcək.
Süni intellektin tənzimlənməsi qaydaları yalnız geniş ictimaiyyətə açıq olan xidmətlərə şamil ediləcək. İstisna elmi-tədqiqat institutlarında hazırlanmış və ya xaricdə istifadə üçün nəzərdə tutulmuş texnologiyalar olacaq.
Ötən ilin martında Çin Aİ-nin süni intellekt qanununa əsaslanan alqoritmik tövsiyələrə dair qaydalar qəbul edib. Onlar saxta xəbərlərin yaradılmasını və süni intellekt alqoritmlərindən istifadə edərək işçilərin işə götürülməsini qadağan edən müddəaları ehtiva edir.