14 C
Baku
Monday, May 6, 2024

Çin hərbi xərclərini artırır

Çin 2023-cü il büdcəsində müdafiə xərclərini artırmağı planlaşdırır.

Bu barədə Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasının sözçüsü Vanq Çao bildirib.

O, xərclərin artmasının Çinin üzləşdiyi “mürəkkəb təhlükəsizlik çağırışlarına cavab vermək zərurəti” ilə izah edib. Çin rəsmisi büdcənin nə qədər artacağını açıqlamayıb.

Qeyd edək ki, 2021-ci ildə Çinin müdafiə büdcəsi illik müqayisədə 6,8% artaraq 209 milyard dollara, 2022-ci ildə isə 7,1% artaraq 229,5 milyard dollara çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər