9 C
Baku
Friday, December 13, 2024

Çin haqqında maraqlı faktlar I hissə

  • Çinin müasir ingilis adı “China” yəqin ki, Tsin imperator sülaləsinin adından əmələ gəlib.  Bu sülalənin hökmranlığı vaxtında ölkə vahid şəkildə idi.
  • Ölkəni birləşdirən Şi Xuan-di imperatoru (b. e. ə. 260-210-cu illər) olmuşdur. 
  • 1912-ci ilə qədər ölkə vahidliyini qoruyub saxlaya bilmişdi.
  • Çini dünyanın ən qədim sivilizasiyalarından biri adlandırırlar.
  • Çin dili bugünkü günə qədər istifadə olunan ən qədim dillərdən biridir.
  • Rusiya, Kanada və ABŞ-dan sonra Çin tutduğu əraziyə görə dördüncü yeri tutur.
  • Çin sıx məskunlaşmış əhalisi olan ölkələrdən biridir.
  • Dünyada hər beşinci insan çinlilərdir.
  • Çini həmçinin “Gül krallığı” da adlandırırlar.
  • Tualet kağızı ilk dəfə 1300-cü ildə Çində icad olunmuşdu.
  • Həmçinin Çin novatorları kompas, kağız, barıt və möhür icad etmişdilər.
  • 3000 il bundan əvvəl çin çərpələngləri icad olunmuşdul. İlkin olaraq onları əyləncə məqsədləri ilə deyil, hərbidə də istifadə edirdilər. Rəqibi qorxutmaq üçün müharibə zamanı çərpələngi havaya buraxırdılar.
  • Marko Polo (1254-1324) öz qeydlərində yazırdı ki, çərpələng vasitəsi  ilə çinlilər gəmi ilə səfərlərinin necə keçəcəyini proqnoz edirdilər.
  • Bir çox tarixçilər futbolun vətəninin Çin olduğunu iddia edirlər.
  • Çin xalqının ən sevimli məşğuliyyəti markaları kolleksiya etməkdir.
  • İki-üç milyon il ərzində Çinin ərazisində nəhəng pandalar yaşayırlar. İlk Çin imperatorları pis ruhları qovmaq üçün saraylarında pandalar saxlayırdılar.
  • Avropa ölkələrindən fərqli olaraq Çində matəm rəngi qara deyil, ağdır.
  • Tarixçilər iddia edirlər ki, əhalinin sayı artmağa davam etdikdə çinlilər yeməkləri “sağlam” mühitdə bişirmək haqqında fikirləşməyə başlayırlar. Elə buradan Çin mətbəxinin “adəti” öz başlanğıcını götürür. Onlar qidaları balaca hissələrə doğrayırlar.
  • B. e. ə. 130-cu ildə Çjan Xen, Çin astronomu və ədəbiyyatşünas, zəlzələlərin monitorinqi üçün ilk cihaz icad edir.
  • Çin dondurmanın vətənidir. Avropaya “soyuq” desertin resepti Marko Polonun sayəsində gəlmişdi. İlk dondurmaları südün və qarın qarışığından düzəldirdilər.
  • Su Sonq adlı dövlət xadimi ilk mexaniki saatların ixtiraçısı olmuşdur.
  • Çin astronavtı ilk dəfə kosmosda 2008-ci ilin 27 sentyabrında olmuşdu.
  • Müxtəlif dövrlərdə Çinin paytaxtını müxtəlif şəkildə adlandırırdılar: Yantszin, Dadu və Beypin.
  • Bugünkü gündə Çinin paytaxtı Pekin adlanır.
  • Çində uzun dırnaqlar alicənablığın və yüksək statusun rəmzi kimi başa düşülürdü. Kişilər və qadınlar dırnaqlarını uzadırdılar.

 

Son xəbərlər
Digər xəbərlər

4 ŞƏRH

Comments are closed.