Çinin neft emalı zavodları Hindistanın tələbinin azalması fonunda Rusiyadan oktyabr–noyabr ayları üçün 15 partiya “Urals” markalı neft alıb.
Banker.az Reuters-ə istinadən xəbər verir ki, “Urals” markalı neftin 700 min – 1 milyon barel həcmində olub.
Hindistan 2022-ci ildən Rusiyanın dəniz yolu ilə ixrac etdiyi neftin əsas alıcısı idi, lakin ötən ay dövlət neft emalı zavodları (NEZ) alışları dayandırıb, çünki endirimlər azalıb. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Rusiya nefti alan ölkələri cəzalandırmaqla hədələyib.
Kpler analitiki Syu Muyuya görə, Çin oktyabr üçün təxminən 13 partiya Urals və Varandey, noyabr üçün isə ən azı 2 partiya Urals nefti alıb. Bu alışlar Çin NEZ-lərinin 2–3 dollar baha olan Yaxın Şərq neftinə tələbatını azalda bilər və Dubay bazarına əlavə təzyiq yarada bilər.
“Energy Aspects” hesab edir ki, Hindistanın idxalı gündə 600–700 min barel azalıb. Analitiklər bildirirlər ki, Çin bütün əlavə həcmləri qəbul etməyəcək, çünki “Urals” iri dövlət NEZ-ləri üçün əsas sort deyil. Bundan başqa, Trampın Ukrayna ilə sülh cəhdi uğursuz olarsa, Çinin ABŞ-ın mümkün sanksiyalarından çəkinəcəyi vurğulanır.