13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Çin hökuməti insanları pul və pulsuz internetlə evdə oturtmağa çalışacaq

faizlere

Çinin bir neçə şəhərində Yeni il bayramına təsadüf edən 12-27 fevral tarixlərində yerli sakinləri evdə saxlamağın yolunu tapıblar.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Belə ki, bu şəhərlərdə vətəndaşlara koronavirusun yayılmasının qarşısını almaq üçün evdə qalmaq tövsiyə olunacaq və bunun qarşılığında pul və ödənişsiz internet veriləcək.

Qeyd edək ki, Yeni il tətilində Çindəki işçilər ailələrinin görmək üçün kütləvi şəkildə digər regionlara gedirlər və bununla da böyük miqrasiya axınları yaradırlar. COVID-19-un yayılma riskini azaltmaq və ölkənin şimal-şərqində infeksiya ocaqlarının yaranmasının qarşısını almaq üçün səlahiyyətlilər vətəndaşları bu cür motivasiya etməyə qərar veriblər.

Bəzi şəhərlər evdə qalanlara 1 000 yuan (155 dollar) ödəyəcək. Digərləri tətillərdə turistik yerləri pulsuz ziyarət etməyə icazə verəcək. Çanşa şəhərinin rayonlarından biri Yeni il bayramında qohumlarının yanına getməkdən imtina edənlərə pulsuz 30 GB mobil internet, 200 ədəd elektron kitab və pulsuz maskalar verəcək.

Ümumilikdə, Çində 291 milyon miqrant işçi var. Onlardan bir çoxları üçün Yeni il bayramı ailələrini ziyarət etmək üçün yeganə fürsətdir. Səyahət etmək istəyən şəxslər koronavirusu müəyyən edən test verməli və evə çatandan sonra iki həftə ərzində karantində olmalıdırlar. Bəzi rayonlarda səlahiyyətlilər əlavə məhdudiyyətlər də tətbiq edirlər, bu səbəbdən insanlar ailələrini faktiki olaraq görə bilmirlər.

Xatırladaq ki, koronavirus pandemiyası 2019-cu ilin sonlarında Çinin Uhan şəhərində meydana gəlib. Con Hopkins Universitetinin məlumatlarına görə, indiyədək Çində 99 000 nəfər yoluxub, 4 811 nəfər ölüb. Eyni zamanda, Çin koronavirusun nəticələrinin öhdəsindən gələn ilk ölkə olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər