12 C
Baku
Sunday, November 24, 2024

Çin höküməti rəqəmsal yuanı sınamaq üçün əhaliyə $1.55 mln. paylayıb

Çinin Hainan əyalətindəki Sanya şəhərinin səlahiyyətliləri rəqəmsal yuanı sınamaq üçün sakinlərə və turistlərə 10 milyon yuan (təxminən 1.55 milyon dollar) paylayıb.

Banker.az xəbər verir ki, milli rəqəmsal valyutanın testlərində iştirak etmək üçün 117 600-dən çox insan müraciət edib. Xatırladaq ki, daha əvvəl Çin rəqəmsal yuanı tətbiq etməyə başladığını açıqıamışdı.

İştirakçıların hesabına 200, 500 və ya 800 yuan (təxminən 31, 78 və 124 dollar) köçürülüb. Onlar bu pulu 19 oktyabr 2021 -ci ilə qədər Hainan adasında rüsumsuz mağazalar, otellər və supermarketlər də daxil olmaqla 1300 müəssisədən birində xərcləməlidirlər.

Vəsait Sanya şəhərinin büdcəsindən ayrılıb. Rəsmilərin dediyinə görə, sınaq Hainanda rəqəmsal yuandan sərbəst istifadə edilməsi proqramının işə salınması demək deyil.

Çin rəqəmsal tuanın tətbiqinə 2019 -cu ilin sonunda başlayıb. Hazırda rəqəmsal valyuta Çində adi pula bərabərdir. Hələki rəqəmsal yuan yalnız müəyyən şəhərlərdə istifadə olunur: Şenjen, Sucou, Çendu, Pekin və Çinin paytaxtı yaxınlığındakı Sunyan.

2020 -ci ilin oktyabr ayında Şanxay, Çanşa, Sian, Simdao, Dalyan və Hainan da proqrama əlavə edilib. Hal-hazırda 20.9 milyon şəxs və 3.5 milyon korporativ cüzdan elektron puldan istifadə edə bilir. 2022 -ci ilin fevralında keçiriləcək Qış Olimpiya Oyunlarında idmançıların və yarış qonaqlarının rəqəmsal yuanla ödəyə biləcəkləri planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər