Çinin Hərbi Dəniz Qüvvələri Cənubi-Çin dənizində yerləşən Xaynan adasında hərbi təlimlərə başlayıb.
Bu barədə Çinin Quandun əyalətinin Dəniz Təhlükəsizliyi İdarəsindən bildirilib.
Təlimlər iyulun 29-30-da Tsyunçjou boğazının qərb hissəsində keçiriləcək və Davanşan adasının cənub-şərq hissəsində akvatoriyanı da əhatə edəcək.
Qeyd edək ki, təlimlər Honqkonq sahillərində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya turnesi fonunda keçirilir. O, iyulun 29-da Yaponiya, Cənubi Koreya, Sinqapur və Malalyziyaya səfər edəcək. N.Pelosinin Tayvan adasına səfər edəcəyi də ehtimal olunur.