Çin ilə Azərbaycan arasında İKT sahəsidə birgə layihələr reallaşdırıla bilər

0
Çində milli bayram günü
Çinə səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Çinin nəqliyyat naziri Li Siaopenlə görüşdə Azərbaycanın Çin ilə digər sahələrlə yanaşı, nəqliyyat-tranzit əməkdaşlığına xüsusi əhəmiyyət verdiyi və əlaqələrin inkişafında maraqlı olduğu diqqətə çatdırılıb, nəqliyyat-tranzit əlaqələrimizin qədim tarixi, iki xalqın İpək Yolu vasitəsilə sıx ticarət və humanitar əlaqələrə malik olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan “Bir Kəmər, Bir Yol” Təşəbbüsü üzərində yerləşən ölkələrlə əməkdaşlığı genişləndirərək Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı istiqamətində davamlı fəaliyyət həyata keçirir.

Çin tərəfi də öz növbəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyini bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məqsədilə birgə tədbirlərin təşviqi, müvafiq dəmiryolu qurumları arasında əməkdaşlığın genişləndirilməsi, nəqliyyat sahəsində əlaqələrin inkişafı məqsədilə İşçi Qrupun yaradılması və s. məsələlər müzakirə edilib.

Çinin sənaye və informasiya texnologiyaları naziri Miao Veylə aparılan müzakirələrdə Azərbaycanda sənaye və İKT sahəsidə birgə layihələrin reallaşdırılması, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin həyata keçirilməsi üçün birgə səylərin artırılması və s. məsələlər müzakirə edilib. Görüşdə Azərbaycanda yaradılmış sənaye parklarında maşınqayırma, metallurgiya, əczaçılıq sahələrində birgə müəssisələrin yaradılması və qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin Çin Milli İnkişaf və İslahatlar Komissiyasının sədrinin müavini, Milli Statistika Bürosunun rəhbəri Nin Cice ilə görüşündə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Çində təşviqinin önəmi qeyd edilib, iki ölkə arasında nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Görüşdə Çin tərəfinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu dəstəklədiyi vurğulanıb, Çində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqinə dair növbəti tədbirin təşkili barədə dair fikir mübadiləsi aparılıb.