Çin Xalq Respublikası ilk dəfə olaraq xarici şirkətlərə müstəqil olaraq ölkədə neft və qaz kəşfiyyatı və hasilatını həyata keçirməyə icazə verəcək.
2020-ci il may ayının 1-dən etibarən ən azı 300 mln. yuan (43 mln. ABŞ dolları) xalis aktivi olan və Çində qeydiyyatdan keçmiş xarici şirkətlər müstəqil olaraq ölkədə neft və qazın kəşfiyyatı və hasilatını həyata keçirə biləcəklər.
Əvvəllər xarici şirkətlər Çində kəşfiyyat və hasilatı yalnız Çin şirkətlərinin iştirak etdiyi ortaq müəssisələrin bir hissəsi olaraq və ya CNPC və “Sinopec” kimi Çin şirkətləri və ya onların törəmə strukturları ilə birlikdə həyata keçirə bilərdilər.
REKLAM
honda.az
Daha ətraflı
Rəsmi statistikaya görə, Çində qaza olan tələbat 280 mlrd. kubmetri ötüb (artım 45 mlrd. kubmetr və 19%). Çin hökumətinin məqsədi 2020-ci ilədək ölkənin enerji balansında təbii qazın 10% payına nail olmaqdır. Hazırda bu rəqəm 7%-ə yaxındır. Çinin istehlak artımı getdikcə idxal olunan qazla təmin olunur, çünki yerli istehsal daha yavaş templərlə böyüyür.