15 C
Baku
Saturday, November 2, 2024

Çin ilk dəfədir strateji neft ehtiyatlarını satır

Çinin Qida və Strateji Ehtiyatlar üzrə Dövlət Bürosu ilk dəfədir ki, milli neft ehtiyatlarını satır.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bununla hökumət yerli neft emalı zavodları və kimya müəssisələrinə qiymət təzyiqini yumşaltmaq istəyir. Çinin tam olaraq nə qədər neft satışa çıxardığı barədə məlumat verilməsə də, “Bloomberg” 22 milyon barel barədə yazır.

“Tenderlər və satışlar vasitəsilə xam neftin bazara çıxarılması tələb və təklifi sabitləşdirəcək və milli enerji təhlükəsizliyini təmin edəcək”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, iyunda “Bloomberg” mənbələrə istinadən Çinin 22 milyon barel nefti hərraca çıxaracağını yazmışdı. Sonra nəşr 10 il ərzində ölkədə 1 milyard bareldən çox xammal neft ehtiyatını topladığını bildirmişdi.

2020-ci ildə dövlət və kommersiya ehtiyatlarını artırmaq üçün Çin koronavirus pandemiyası fonunda fəal şəkildə neft almağa başlayıb. 2021-ci ilin qışında anbarlar demək olar ki, dolmuşdu.

Çinin xam neft ehtiyatları ictimaiyyətə açıqlanmır. Nəşr ölkənin dövlət və özəl neft ehtiyatları arasındakı sərhədin şərt olduğunu vurğulayır, çünki yerli buradakı enerji şirkətlərinin çoxu dövlətə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər