31 C
Baku
Thursday, July 17, 2025

Çin iqtisadiyyatı 2021-2025-ci illərdə $4.89 trilyon artacaq

Çinin ÜDM-i 2021-2025-ci illərdə 4.89 trilyon dollara artacaq, bu proqnozu iyulun 9-da Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyasının rəhbəri Çjen Şanjie verib. Onun proqnozlarına görə, 2024-cü ilin sonuna kimi Çinin ÜDM-i 140 trilyon yuana (19.5 trilyon dollar) yaxınlaşacaq.

Daha əvvəl dərc edilmiş məlumatlara əsasən, beşilliyin ilk dörd ilində ölkədə ÜDM-in orta artım tempi 5.5% təşkil edib. Bu il Çin hakimiyyətinin gözləntilərinə görə bu rəqəm 5% olacaq. 2025-ci ilin birinci rübü üçün Çin səlahiyyətliləri ÜDM-i 31.875 trilyon yuan (4.33 trilyon dollar) səviyyəsində hesablayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5.4% artımdır. Eyni zamanda, sənaye istehsalı 5.9% artıb.

Dünya Bankı da Çin iqtisadiyyatının dayanıqlı olacağını proqnozlaşdırıb. ABŞ-nin elan etdiyi tarif müharibəsinə baxmayaraq, Çinin ÜDM-nin 2025-ci ildə 4.5%, 2026-cı ildə 4% artacağı gözlənilir. Bununla yanaşı, “Swiss Re” çərşənbə günü tariflər və ümumi qeyri-müəyyənlik fonunda iqtisadi aktivliyin azalması səbəbindən Çinin ÜDM artımının 2025-ci ildə 4.7%-ə qədər yavaşlayacağını deyib.

Son xəbərlər
Digər xəbərlər