Çin Milli Statistika Bürosunun aprelin 16-da verdiyi məlumata görə, 2025-ci ilin yanvar-mart dövründə ölkənin ÜDM-i illik müqayisədə 5,4% artıb. İqtisadiyyatın həcmi 2024-cü ilin oktyabr-dekabr ayları ilə müqayisədə 1,2% artaraq 31,88 trilyon yuana (4,42 trilyon dollar) çatıb.
Dinamikaya əsas töhfəni sənaye və xidmət sektoru verib. İstehsal sektorunun əlavə dəyəri 5,9%, xidmət sektorunun əlavə dəyəri isə 5,3% artıb. Kənd təsərrüfatı öz göstəricilərini 3,5% yüksəldib.
Artım həm 2024-cü ilin nəticəsini (5%), həm də 2025-ci il üçün rəsmi hədəfi təxminən 5% üstələyib.