12 C
Baku
Saturday, November 23, 2024

Çin iqtisadiyyatı üçün əsas təhlükənin adı açıqlanıb

Çin iqtisadiyyatı üçün əsas təhlükə daşınmaz əmlak sektorunda vəziyyətin daha da pisləşməsidir.

Bu barədə beynəlxalq sığorta şirkəti “Euler Hermes” tərəfindən edilən araşdırmada deyilir.

Mütəxəssislərin fikrincə, daşınmaz əmlak sektorunda tələb Çinin ÜDM-nin təxminən 25 faizini təşkil edir.

Çinin ən böyük daşınmaz əmlak istehsalçılarından biri “Evergrande” defoltun astanasındadır. Onun ümumi borcu 305 milyard dollardır. Rsəmi Pekin potensial istehsalçının defoltunun qlobal iqtisadiyyata, bazarlara və Çinin maliyyə sisteminə təsir edəcəyindən ehtiyat edir.

Çin üçün xarici təhlükə isə geosiyasi xarakter daşıyır. Belə ki, Tayvan və ABŞ-la münasibətlərdə gərginlik yenidən başlayıb. Lakin real qarşıdurma ehtimalı aşağı qiymətləndirilir.

Ekspertlər hesab edir ki, Çində iqtisadi artımın yavaşlaması dünya əmtəə qiymətlərinin daha da artmasına, tədarük gecikmələrinə, eləcə də ABŞ və Avropada istehsalın azalmasına səbəb ola bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər