12 C
Baku
Tuesday, May 7, 2024

Çin iqtisadiyyatı üçüncü rübdə 3.9% artıb

2022-ci ilin üçüncü rübündə Çin iqtisadiyyatı illik müqayisədə 3.9% artıb. Vurğulanır ki, ilk üç rübdə artım 3% təşkil edib və analitiklərin proqnozlarını keçib. Belə ki, “Reuters” agentliyinin sorğusunda iştirak edən ekspertlər artımın 3.4% olacağını güman edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yanvar-sentyabrda Çinin xarici ticarət dövriyyəsi 8.7% artaraq 4.75 trilyon dollar təşkil edib. ÇXR gömrük xidmətinin məlumatına görə, ixrac – 12.5%, idxalı – 4.1% artıb.

Keçən həftə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu ölkənin hazırkı lideri Si Tsinpinin üçüncü beşillik müddətə seçilməsi barədə açıqlama verib. Si Tsinpin 2049-cu ilə qədər Çini dünyada aparıcı qüvvəyə çevirmək planladığını deyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər