11 C
Baku
Tuesday, November 19, 2024

Çin iqtisadiyyatı üçüncü rübdə 4.6% böyüyüb

Milli Statistika Bürosunun məlumatına görə, Çin iqtisadiyyatı üçüncü rübdə illik müqayisədə 4.6% artıb. Banker.az xəbər verir ki, bu göstərici son 18 ayın ən aşağı göstəricisidir və əsasən daşınmaz əmlak bazarında tənəzzülün ev təsərrüfatlarının əhval-ruhiyyəsinə təsir etməsi ilə əlaqədardır.

“Goldman Sachs”ın analitikləri üçüncü rübün performansının aşağı gözləntiləri üstələdiyini bildirirlər. Bu, dövlət istiqrazlarının buraxılması ilə dəstəklənən sənaye istehsalının və əsas kapitala investisiyaların artması ilə bağlıdır.

Sənaye istehsalı illik müqayisədə 5.4% artaraq “Reuters”in sorğuladığı analitiklərin gözləntilərini və əvvəlki ayın göstəricilərini üstələyib.

Sentyabrda pərakəndə satışlar illik müqayisədə 3.2% artaraq analitiklərin 2.5% gözləntilərini keçib. 2024-cü ilin ilk üç rübündə əsas kapitala investisiyalar illik müqayisədə 3.4% artıb.

Analitiklər iqtisadiyyatın stimullaşdırılmasına yönəlmiş tədbirlərin ev təsərrüfatlarının istehlakına əhəmiyyətli dərəcədə təsir etmək gücündə olmadığından narahatdırlar.

Qeyd edək ki, Maliyyə Nazirliyinin fiskal planları əsasən yerli hökumətlərə borcları yenidən maliyyələşdirməyə, dövlət banklarını yenidən kapitallaşdırmağa və Çində satılmamış milyonlarla evin bir hissəsinin geri alınmasını asanlaşdırmağa yönəlib.

Son xəbərlər
Digər xəbərlər