10 C
Baku
Thursday, December 12, 2024

Çin iqtisadiyyatında son 8 ildə ilk dəfə – Artım sürətlənib

Çin iqtisadiyyatının 2017-ci ildə artım tempi 2010-cu ildən ilk dəfə sürətlənib və 6,9% təşkil edib.

“Bloomberg” agentliyinə istinadən, bu məlumatı Çin Statistika Bürosu yayıb.

Məlumatda bildirilib ki, Çin iqtisadiyyatının 2016-cı ildə 6,7%-lik iqtisadi artım tempinin 2017-ci ildə sürətlənərək 6,9%-ə çatmasına səbəb ixracın genişlənməsi, büdcə gəlirlərinin artması, ev təsərrüfatlarının gəlirlərinin yüksəlməsi və korporativ mənfəətin artması amilləri ilə bağlı olub.

Qeyd edək ki, 2016-cı ildə Çin iqtisadiyyatı son 26 ilin ən minimal səviyyəsində artım göstərib.

Bununla yanaşı, bildirilir ki, 2017-ci ildə əsas kapitala investisiyalar 7,2% artasa da, bu, 18 ilin ən minimal artım tempidir.

Xatırladaq ki, IV rübdə Çin iqtisadiyyatı illik müqayisədə 6,8% artıb.

Son xəbərlər
Digər xəbərlər