28 C
Baku
Tuesday, July 23, 2024

Çin İran neftindən imtina edib

ÇXR və bir sıra digər ölkələr Vaşinqtonun sanksiyalarından qorxaraq, İran neftini idxal etməkdən imtina ediblər. İran neftinin birbaşa alıcıları, demək olar ki, yoxa çıxıblar.

Banker.az bu haqda “The Wall Street Journal”  İslam Respublikasının öz mənbələrinə istinadən məlumat verir.

İran parlamentinin iqtisadi komissiyasının üzvü olan Rahim Zare, idxalçıların hərəkətlərinə belə münasibət bildirib: “Onlar həqiqətən də bu sanksiyalara riayət edirlər”.

Xatırladaq ki, mayın 2-dən etibarən Vaşinqtonun yeddi ölkə və Tayvan üçün tətbiq etdiyi istisna hüququ ləğv olunub. Buna qədər Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya İrandan xammal almaqda davam ediblər.

Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, Hindistan neft ixracını 1 milyon tona qədər azaldıb. Bu, ölkəyə heç də ucuz başa gəlməyib. Belə ki, Hindistan “qara qızıla” olan tələbatının 10%-ni İran nefti hesabına ödəyib.

Ümumilikdə, istisna hüququnu almış ölkələr İrandan gündə 1,6 milyon barel neft idxal ediblər.

Lakin yerli şirkətlər ümidini itirmirlər. İranda fəaliyyət göstərən özəl treyderlərdən birinin verdiyi məlumata görə, o, bir neçə ay əvvəl Çinə xammal gətirmiş və hazırda Çinin mini-neft emalı zavoduna 2 milyon barel neftin satışı üzrə danışıqlar aparır. Tərəflər müqavilə üzrə hələki razılığa gəlməyib.

 

Son xəbərlər
Digər xəbərlər