-1 C
Baku
Sunday, December 15, 2024

Çin İranın qaz yatağına investisiyalarını dayandırıb

Çin Milli Neft-Qaz Korporasiyası (“CNPC”) İranın “Cənubi Pars” təbii qaz yatağına investisiyalarını dayandırıb.

Banker.az Azərtac-a istinadla xəbər verir ki, bu addım Çinin ABŞ ilə ticari müzakirələr əsnasında gərginliyi azaltmaq məqsədi daşıyır.

Qeyd edək ki, daha əvvəl Fransanın “Total” neft-qaz şirkəti ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara görə “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsindən çıxıb.

İranın neft naziri Bijen Namidar Zəncənə Çin Milli Neft-Qaz Korporasiyasının “Cənubi Pars” təbii qaz yatağının 11-ci fazasının inkişafı layihəsində “Total” şirkətinin yerini tutacağını deyib. Beləliklə, layihədə 30 faizlik səhmdar olan CNPC “Total”ın bu layihədəki 50 faizlik səhmlərini də alaraq payını 80 faizə çatdırmağı nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər