Son illərdə Çin iqtisadi inkişaf sahəsində əhəmiyyətli uğurlara nail olmuşdur. Lakin çinlilərin həyatı da bu qədər yüksək səviyyədədirmi?! Aşağıda sizə çinlilərin həyatı ilə bağlı ən dəhşətli faktları təqdim edirik:
Hərbçilər başlarını düz və hündür saxlamaları üçün onların hərbi geyimlərinin boyun hissəsinə iynə taxılır.
Çində təqribən 100 milyon insan gününə 1 dollara yaşayır.
Hərbi polis isə əsgərlərin marş zamanı əllərini bərabər şəkildə və müəyyən edilmiş hündürlükdə qaldırmaları üçün dirəklərə bağlanmış iplərdən istifadə edir.
Ketçup Çində balıq sousu kimi peyda olub və ke-tsiap adlanır.
Çinlilər McDonalds-dan maşında əyləşərək aldıqları qidanı evə aparmırlar. Onlar onu restorana aparır və orada yeyirlər.
Çin rəsmi olaraq qeyri-dini ölkə olsa da, burada 54 milyondan çox xristian yaşayır.
Çində istənilən bütün başqa ölkələrdə olduğundan 4 dəfə artıq edam halına rast gəlmək mümkündür.
Çin polisi polis itlərinin əvəzinə öz aqressivliyi və yüksək görmə qabiliyyəti ilə fərqlənən qazlardan istifadə edir.
Hər il Çində 1 milyon abort halı müşahidə edilir. Bunu isə qız övladı dünyaya gətirməli olan ana namizədləri edir. Həmçinin 1000-ə yaxın yeni doğulmuş qız uşaqları küçələrə atılır. Bütün bunların hamısı isə 1 uşaq siyasəti səbəbi ilə edilir.
Çində 30 milyon insan yaodun adlanan mağara evlərdə yaşayır. Bu Avstraliya əhalisindən çoxdur.
Pekində nəfəs almaq gündə 21 siqaret çəkməyə bərabərdir.
Çin 1973-cü ildə 10 milyon çinli qadının demoqrafik böhranı aradan qaldırmaq üçün ABŞ-a gətirilməsini təklif etmişdi.
PlayStation Çində qanunsuz hesab edilir.
Hər il Çində 4 milyona yaxın pişik yeyilir.
Dünyanın ən uzun tıxacı Şanxayda qeydə alınıb. Onun uzunluğu 99 kilometr idi və 12 gün davam etmişdi.
Çunçində telefondan ayrıla bilməyən insanlar üçün xüsusi yol yaradılıb.
Comments are closed.