19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Çin istedadlı gəncləri cəlb etmək üçün əməkhaqları 300 min dollara qaldırır

Çinin “hedge” fondları Uoll-Stritdə perspektivli gəclər uğrunda mübarizə vasitəsi kimi əməkhaqları üç dəfə – 100 min dollardan 300 min dollara qaldırır.

Banker.az xəbər verir ki, mütəxəssislərin fikrincə, mübarizə əsasən “Alibaba” və “ByteDance” kimi nəhəng şirkətlərlə aparılır.

Əgər əvvəllər istedadlı mütəxəssislə ABŞ-a getməyi, orada təhsil almağı və dünyanın ən böyük korporasiyalarında işə düzəlməyi üstün tuturdularsa, indi məzunlar vətənlərində qalırlar.

Gənc İT mütəxəssislərinə ən çox müasir kompüter modellərindən istifadə edən fondlar ehtiyac duyur. Onların populyarlığı artır – “Citic Securities Co” şirkətinin verdiyi məlumata görə, fondların idarə etdikləri aktivlərin həcmi dörd il əvvəlki dövrlə müqayisədə 10 dəfə artaraq 1 trilyon yuanı (155 milyard dollar) keçib.

“Ubiquant” – gənc mütəxəssisə ildə 300 min ABŞ dolları əməkhaqqı verməyə hazır olan fondlardan biridir. Qeyd edək ki, burada söhbət doktorluq dərəcəsini alan məzunlardan gedir. “İstedadları erkən mərhələdə müəyyən etmək bizim üçün çox vacibdir, çünki xaricə getdikdən sonra onların daha geniş seçimləri olacaq və biz qlobal şirkətlərlə rəqabət aparmalı olacağıq”, – deyə şirkətin qurucusu söyləyib.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, gənc mütəxəssislərin əməkhaqqısının artırılması tendensiyası təkcə Çin fondlarına şamil edilmir. Məsələn, “Goldman Sachs” avqust ayının əvvəlində gənc mütəxəssislərin əməkhaqqısını 85 min dollardan 110 min dollara qaldırıb, “Morgan Stanley” isə əməkhaqları artıq ikinci dəfə qaldıracağını vəd edib.

Son xəbərlər
Oxşar xəbərlər