Çin İT şirkətlərinə hökumətin icazəsi olmadan xarici birjalara çıxmağı qadağan edib

Bir milyondan çox istifadəçi məlumatı olan Çin texnologiya şirkətləri səlahiyyətli orqanların icazəsi olmadan xarici birjalardan ilkin kütləvi yerləşdirmə (IPO) keçirə bilməyəcəklər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, hökumət vətəndaşlar haqqında fərdi məlumatların dost olmayan dövlətlər tərəfindən istifadə olunmasından ehtiyat edir. Yeni qayda ölkədə fəaliyyət göstərən demək olar ki, bütün şirkətlərə şamil olunur.

“Bloomberg” agentliyinin verdiyi məlumata görə, gələcəkdə Çin hökuməti xarici birjalarda mövcud olan şirkətləri əlavə səhm buraxılışı barədə razılığa gəlməyə məcbur edəcək. İyulun 6-da Çin Dövlət Şurası məlumat təhlükəsizliyi, sərhədlərarası məlumat axını və məxfi məlumatların idarə edilməsi ilə bağlı qanunvericiliyi təkmilləşdirəcəyini bildirib.

Hökumət nəzarəti gücləndirəcəyini və Çin şirkətlərinin xaricdə listinq keçirməsi qaydalarına yenidən baxacağını da əlavə edib. Mütəxəssislərin fikrincə, bu cür tədbirlər Honkonq, Şanxay və Şenjen birjalarının listinq strategiyasına uyğundur.

“Bloomberg”in hesablamalarına görə, 2021-ci ilin əvvəlindən Amerika birjalarına 37 Çin şirkəti çıxıb, onlar ümumilikdə 12.9 milyard dollar investisiya cəlb edib. Bu cür şirkətlərdən biri də “DiDi” taksi xidməti olub.

Çin Kiberməkan Administrasiyasının şirkətlə bağlı istintaqa başlayıb. Bundan sonra “DiDi”nin səhmləri 30% ucuzlaşıb. Səlahiyyətli orqanlar onun tətbiqinin virtual mağazalardan silinməsini tələb edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.