Çin koronavirusla bağlı vəhşi heyvanların satışını qadağan edib

Çinin Bazara nəzarət və tənzimləmə İdarəsi, Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafı Nazirliyi,  Meşə Təsərrüfatı İdarəsi koronovirusla əlaqədar vəhşi heyvanların ölkə ərazisində istənilən formada satışı və daşınmasını qadağan edib.

 “RİA Novosti” agentliyinin verdiyi  məlumata görə, Çin hökuməti istehlakçılara vəhşi heyvanlarının ətindən istifadənin hansı təhlükələrə səbəb olacağı barədə xəbərdarlıq edib, bunun dərk edilməsini zəruri sayıb və insanlara sağlam qidalardan istifadə tövsiyə olunub.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Xatırladaq ki, Çin 31 dekabr 2019-cu ildə  Ümumdünya Səhiyyə Təşkilatına Vuhan şəhərində naməlum virus yoluxması barədə məlumat verib. Mütəxəssislər bunun “2019-nCoV” tipli koronavirus olduğunu müəyyənləşdiriblər.

Çinin Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Milli Mərkəzi yeni tip kronavirusun 90 faiz yarasaların orqanizmindəki koronavirusa bənzədiyini müəyyənləşdirib.

APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları